Karapetyandan Paşinyana: Nə qədər erməni əsgəri ölməlidir?

“Nə qədər erməni əsgəri ölməlidir ki, hakimiyyətdən bərk yapışan məmurlar öz səriştəsiz və yarıtmaz idarəçiliklərini başa düşsünlər?” 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan deyib.

“Ermənistan üçün əsas təhlükə hazırkı hakimiyyətdir. Çünki Paşinyan administrasiyası ölkənin milli təhlükəsizliyini təmin edə bilmir. Onun dövləti idarə etmək üçün səriştəsi və siyasi iradəsi yoxdur. Buna görə də, istənilən təzyiqi altında bütün məsələlərə “yeni reallıq” prizmasından yanaşır və düşmənin (Azərbaycan -red) şərtləri ilə razılaşmağa hazır olduğunu vurğulayır. Bəs görəsən, daha nə qədər erməni əsgəri ölməlidir ki, Paşinyan dövləti idarə edə bilmədiyini anlasın?”, – Karapetyan fikirlərini tamamlayıb.

Əliyar Xəlil
Globalinfo.az