Karapetyanın “vurulmasının” səbəbi – Qarabağa qumbara ilə girib

Ermənistanda Vətən müharibəsindən sonra müdafiə naziri təyin edilən Arşak Karapetyanın bir müddət sonra vəzifədən uzaqlaşdırılmasının səbəbi məlum olub.

Globalinfo.az xəbər verir ki, A.Karapetyanın hazırkı İrəvan hakimiyyətinin maraqlarına zidd hərəkət etdiyi üçün vəzifəsindən kənarlaşdırıldığı bildirilir.

Məlumata görə, 44 günlük müharibədən sonra A.Karapetyan separatçı rejimin “müdafiə naziri” Kamo Vardanyanın dəvəti ilə Qarabağa gedib, qanunsuz silahlı birləşmələrin rəhbərləri ilə görüşüb, onlara dəstək olduğunu vurğulayıb.

Bildirilir ki, Karapetyan səfər üçün Ermənistan hakimiyyətindən icazə almayıb. Rəsmi Bakı o zaman Ermənistan müdafiə nazirinin Qarabağa səfərini pisləyib, daha sonra Nikol Paşinyanın qərarı ilə Arşak Karapetyan müdafiə naziri vəzifəsindən azad olunub.

Bəzi iddialara görə, Karapetyan Qarabağa rəsmi avtomobildə səfər edərkən əlində qumbara ilə yola düşüb. O bunu təhlükəsizlik məqsədi ilə etdiyini deyib.

Ayşən Mustafa
Globalinfo.az