Türk aktrisa Kannda “ən yaxşı” oldu – FOTOLAR

Türkiyənin məşhur aktrisası Merve Dizdar 76-cı Kann Film Festivalında ən yaxşı aktrisa nominasiyasında “Ən yaxşı qadın oyunçu” mükafatını alıb.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bu mükafatı Nuri Bilge Ceylanın “Quru otlar haqqında” filmindəki roluna görə qazanıb.

Qeyd edək ki, ekran işində Deniz Celiloğlu, Musab Ekici, Ece Bağcı, Cengiz Bozkurt, Münir Can Cindoruk, Elif Ürse, Erdem Şenocak, Elit Andaç Çam, Nalan Kuruçim rol alıb.