Kanadadan Ukraynaya 70 milyonluq yardım: Yeni PUA-lar nəyi dəyişəcək?

Kanada 800-dən çox “SkyRanger R70” çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) Ukrayna ordusuna təhvil verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Kanadanın Milli Müdafiə naziri Uilyam Bleyer deyib.

O bildirib ki, bu yardım paketinin dəyəri 70 milyon dollardır.

Qeyd olunur ki, sözügedən PUA-lar döyüş sursatı da daxil olmaqla 3,5 kq-a qədər yük daşıya bilir.

Xatırladaq ki, keçən həftə Uilyam Bleyer Kanadanın Ukraynanı “F-16” qırıcıları ilə təmin etmək üçün 44 milyon dollar ayıracağını bildirib.

Əliyar Xəlil
Globalinfo.az