İtkin düşmüş İlham Dadaşovun anası: Heç olmasa…

Torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad edildiyi zaman biz çox sevindik. Hesab edirdik ki, heç olmasa yaxınlarımızın qalıqları bizə geri qaytarılacaq. Ancaq Ermənistanın vəhşiləri bununla bağlı bizə heç bir məlumat vermirlər. Buna görə də biz BMT-yə müraciət edirik.

Globalinfo.az xəbər verir ki, bunu Azərtac-a müsahibəsində 1992-ci ildə Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüş İlham Dadaşovun anası Elmira Dadaşova deyib.

“Ermənilər insanlıqdan tamamilə kənardırlar. Sözün bitdiyi yerdir. Mən 30 ildir yoxluğunu bilə-bilə oğlumun yolunu gözləyirəm ki, bəlkə nə vaxtsa gələr. Sağ olaraq vermədilər, heç olmasa nəşini versinlər, bir ana olaraq bu mənə böyük təsəlli olar”, – deyə Elmira Dadaşova vurğulayıb.