İtaliyanın Tehrandakı konsulluğu bağlandı

İtaliyanın Tehran Konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər bağlı olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” səhifəsində bildirilib.

“Həmvətənlərə konsulluq xidmətlərinin göstərilməsi hələ də təmin edilir”, – nümayəndəlikdən vurğulanıb.

Həmçinin təxirəsalınmaz yardım üçün e-mail ünvanı və telefon nömrəsi də verilib.

Bildirlib ki, o vaxta qədər elektron poçt və təcili telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olacaq.