İtaliyada avtobus aşdı: 20 nəfər öldü – VİDEO

İtaliyanın Venesiya şəhərində sərnişinləri daşıyan avtobus yerüstü keçiddən aşıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində azı 20 nəfər həlak olub.

Daha 12 nəfərin yaralandığı, itkin düşənlərin olduğu da bildirib.

Hadisə yerinə xilasedicilər, polis və bir neçə təcili yardım briqadası cəlb olunub.

ANSA agentliyinin məlumatına görə, qəza dəmir yolu üzərində baş verib, Mestre ilə Venesiya arasında qatar hərəkəti dayandırılıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.