İsveçə “Osmanlı tokatı”: “Finlandiya ilə bağlı fərqli mesaj verə bilərik”

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyü prosesini İsveçdən ayrı olaraq nəzərdən keçirə bilər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Lazım olsa Finlandiya ilə bağlı fərqli mesaj verə bilərik. Finlandiya haqqında fərqli mesaj verdikdə İsveç şoka düşəcək”, – deyə Prezident vurğulayıb.