Qəzza zolağında ölənlərin sayı 43 341 nəfərə, yaralananların sayı 102 105 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Qəzzada son sutka ərzində 27 fələstinli ölüb, 86 nəfər yaralanıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayıb, HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib.