Kiyev

“Ukrayna Rusiya ilə razılığa gəlməsə, Odessa və Kiyevi itirə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı analitik Larri Conson deyib.

O qeyd edib ki, danışıqlarda Moskvanın hər sonrakı təklifi əvvəlkindən daha pis ola bilər.

“Ona görə də Ukrayna mümkün qədər tez sülhə razı olmalıdır. Əgər onlar bu razılaşmanı indi qəbul etməsələr, növbəti təklif onların Odessanı və ehtimal ki, Kiyevi də itirməsi demək olacaq”, – deyə Conson bildirib.

Onun sözlərinə görə, Qərb müttəfiqlərinin dəstəyi Kiyevin cəbhə xəttindəki vəziyyətini yaxşılaşdırmayacaq:

“Yaxud bu, Ukraynanın hərbi məğlubiyyətinin qarşısını almayacaq. Hazırda əsas sual belə bir məğlubiyyətin necə olacağıdır”.

Qeyd edək ki, 4 və 5 fevral tarixlərində  Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci raundu Əbu-Dabidə keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenski növbəti görüşün ABŞ-da keçiriləcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: