İsrailin keçmiş müdafiə naziri Yoav Gallant İranın nüvə fəaliyyətlərini genişləndirməsi halında bu ölkənin strateji obyektlərinə qarşı yeni hücumlar ediləcəyi ilə hədələyib.
Globalinfo.az xıbır verir ki, o, bu fikirləri İran lideri Əli Xameneiyə ünvanladığı açıq məktubda ifadə edib. Məktubu Gallant şəxsi sosial media hesabında yayımlayıb.
“Nüvə inkişafını sürətləndirə bilərsiniz, amma yəqin ki, biz sizin nə qurduğunuzu görəcəyik və gördüklərimizi vuracağıq,” – deyə keçmiş nazir xəbərdarlıq edib.
Gallant İranı regionda sabitliyi pozmaqda və İsraili mühasirəyə almaq üçün vəkil qüvvələrdən istifadə etməkdə ittiham edib. O iddia edib ki, İranın bu cəhdləri iflasa uğrayıb.
Gallantın sözlərinə görə, Hizbullah lideri Həsən Nəsrullah 2023-cü il oktyabrın 7-də başlayan İsrail-HƏMAS qarşıdurmasına müdaxilə etmək üçün Xamneyidən icazə istəsə də, İran rəhbəri bu müraciəti rədd edib.
Tahir Turan
Globalinfo.az