israil qezza

Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri quru qoşunları ilə birgə Qəzza zolağında təxminən 130 hədəfə hücum edib.

 Globalinfo.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

“Vurulan hədəflər arasında qarşı tərəfin müxtəlif hərbi infrastruktur obyektləri, o cümlədən komanda məntəqələri, silah anbarları və reaktiv yaylım atəşi qurğuları olub. Ayrı-ayrı silahlı qruplara qarşı da hücumlar həyata keçirilib”, – deyə bildirilib.

Məlumata görə, quru bölmələri bütün zolaqda – həm cənubda, həm Xan Yunis və Rəfah bölgəsində, həm də şimal hissədə, o cümlədən Qəzza şəhəri yaxınlığında reydlər keçirir.

Paylaş: