İsrailin İrana hücumları davam edir: hərbi baza vuruldu – VİDEO/YENİLƏNİB

c8d0a2d8016c571d8853d3f840dfb336

İsrailin İranın qərbində yerləşən Kirmanşah vilayətinə həyata keçirdiyi hava hücumu nəticəsində azı 5 iranlı hərbçi həlak olub, daha 9 nəfər isə yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

Bildirilib ki, hücum yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 15:30) Kirmanşah vilayətinin İraqla sərhəddə yerləşən Qəsr-əş-Şirin rayonundakı obyektlərə həyata keçirilib. Bombalanan ərazilər konkret olaraq açıqlanmasa da, hücumun hərbi hədəflərə yönəldiyi vurğulanıb.

Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır.

*** 21:23

İsrail ordusu İranın paytaxtı Tehran şəhərinə raket hücumunu davam etdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad iran” teleqram kanalı məlumat yayıb.

Qeyd olunur ki, Tehrandakı “Azadi” meydanına raket atılıb.

Bundan başqa, İsrail İranın Dezful 4-cü qırıcı təyyarə bazasına da raket zərbəsi endirib. Bu hava bazası İranın hərbi hava qüvvələrinin mühüm bazalarından biri hesab olunur.

İsrail Müdafiə Qüvvələri isə İranın İsfahan nüvə obyektinə endirilən hava zərbələrinin nəticələrini göstərən görüntülər yayımlayıb.