İsraildən Qəzza ilə bağlı gözlənilməz qərar

israil ordusu 25

İsrail Silahlı Qüvvələrinin bir qismi Qəzza zolağından çıxarılıb. 

Globalinfo.az xəbər verir ki, anklavdan çıxarılan hərbçilərin Misir və İordaniya ilə sərhədə yerləşdirildiyi bildirilir.

Bu qərarın İranla davam edən münaqişə səbəbindən verildiyi qeyd edilir.

Məlumata görə, Qəzzadan çıxarılan elit desant birləşməsi və xüsusi təyinatlı bölmədir.