Livanın şərqində “Hizbullah”ın silah baronu sayılan şəxs məhv edilib.
Globalinfo.az xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.
Məlumata görə, Məhəmməd Mehdi Əli Şahin Xermelya rayonunda öldürülüb.
Məhz o, “Hizbullah” üçün silah alışı və paylanmasını təşkil edib.
Qeyd edək ki, keçən il İsrailin zərbələri nəticəsində “Hizbullah”ın lideri Həsən Nəsrullah daxil olmaqla bir neçə mühüm üzvü zərərsizləşdirilib. Bu, təşkilata zərbə vurmaqla yanaşı İranın bölgədəki mövqelərini zəiflədib.
Əliyar Xəlil
Globalinfo.az