israil hucum

Suriya hökuməti Suveyda əyalətində druz icmasına qarşı hücumlarını davam etdirərsə, İsrail hərbi müdaxilə etmək məcburiyyətində qalacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin ABŞ-a ünvanladığı xəbərdarlıqda qeyd olunub.

Rəsmi Təl-Əviv bölgədəki druzların təhlükəsizliyini prioritet hesab etdiyini və onların hədəf alınmasına biganə qalmayacağını bəyan edib.

İsrail tərəfi vəziyyətin daha da gərginləşməməsi üçün beynəlxalq ictimaiyyəti də hərəkətə keçməyə çağırıb.

Tahir Turan

Globalinfo.az

Paylaş: