“ABŞ THAAD raketdən müdafiə sistemlərini İsraildə olduğu kimi Ukrayna yaxınlığında yerləşdirməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Pentaqon sözçüsünün müavini Sabrina Sinqx deyib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə Yaxın Şərqdəki vəziyyət bir-birindən fərqlənir:
“Bunlar müxtəlif regionlar və fərqli müharibələrdir. ABŞ-ın İsraillə Ukrayna qarşısında öhdəlikləri eyni deyil”.
Qeyd edək ki, Ukrayna bundan öncə ABŞ-dan ona Rusiya ərazisinə zərbə endirmək üçün öz silahlarından istifadəyə izin verməsini istəyib. Vaşinqton Ukraynaya dəstəklə bağlı müxtəlif açıqlamalar versə də, silahlardan istifadəyə izin verməyib.
Əliyar Xəlil
Globalinfo.az