“İsrail Vətən müharibəsi dövründə Azərbaycanın mövqeyini dəstəklədi”

Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində İsrail Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verib. Buna görə İsrailə təşəkkür edirik.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.

Nazir qeyd edib ki, İsrail həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın mövqeyini dəstəkləyib.

“Vətən müharibəsi dövründə də Azərbaycanın mövqeyini dəstəklədiyi üçün İsrailə minnətdarıq. Müharibədə Azərbaycanın müdafiəsi üçün qəhrəmanlıq göstərərək həlak olanlar arasında yəhudi əsilli azərbaycanlılar da vardı”, – nazir vurğulayıb.