“Türkiyənin Suriyada 3 hərbi baza tikəcəyinə dair xəbər İsrail hökumətində müəyyən narahatlıq doğurub. Məlumata görə, artıq Təl-Əviv bu bazaların qurulmasının qarşısının alınması üçün ABŞ-a müraciət edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyyet” İsrailin “Hayom” qəzetinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, İsrail Suriyada bazaların tikilməməsi və Ankaranın Təl-Əvivə qarşı siyasət yürütməməsi üçün Vaşintondan zəmanət istəyib.
Məlumata görə, Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra İsrail hökuməti Türkiyənin artan nüfuzunu nəzərə alaraq hazırlıqlara başlayıb.
Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da çıxışlarından birində səsləndirdiyi fikirlərə diqqət çəkilib.
“Fərqli etnik və dini mənsubiyyəti olan şəxsləri təhrik edərək Suriyada yaranan qeyri-sabitlikdən faydalanmağa çalışanlar anlamalıdırlar ki, məqsədlərinə çata bilməyəcəklər”, – Ərdoğanın çıxışında qeyd olunur.
Əliyar Xəlil
Globalinfo.az