İsrail Qəzzadakı müharibəyə nə qədər pul xərcləyəcək? – ŞOK RƏQƏMLƏR

1717052437 1354 large

İsrail Mərkəzi Bankının rəhbəri Əmir Yaron Qəzza zolağında davam edən müharibənin müdafiə xərcləri, mülki ehtiyaclar və itirilmiş vergi gəlirləri daxil İsrailə 253 milyard şekelə (67 milyard dollar) başa gələcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Məlumata görə, Yaron müharibə xərclərinin əhəmiyyətli dərəcədə çox olduğu və büdcəyə ağır yük qoyduğu haqda  xəbərdarlıq edib.

“İnkişaf edən iqtisadiyyat təhlükəsizlik tələb edir. Bunun əksini də söyləmək mümkündür. Ona görə də, müharibə daimi müdafiə xərclərinin aradan qaldırılmasına gətirib çıxarmamalıdır”, – deyə Yaron vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az