İsrail ötən gün HƏMAS-ın 320 obyektinə zərbə endirib

İsrail ordusu ötən gün ərzində Qəzza zolağında 320 hərbi hədəfi vurub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (The Israel Defence Forces – IDF) məlumat yayıb.

Məlumata əsasən, İsrail ordusu ötən gün ərzində Qəzzada HƏMAS və “İslami Cihad” təşkilatlarına aid 320 hərbi hədəfi vurub.

İsrail ordusu Qəzzada yerüstü hərbi əməliyyatlara hazırlıq çərçivəsində, regionda potensial təhlükə yarada biləcək obyektləri vurub. Bu mövqelər arasında HƏMAS və “İslami Cihad” hərbçilərinin gizləndiyi tunellərə, hərbi obyektlərə, müşahidə mövqelərinə, minaatan və tank əleyhinə idarə olunan raket mövqelərinə zərbələr endirib.