İsrail olmasaydı, İran 10 il əvvəl… – Netanyahu

netanyahu 9

“İsrail mane olmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edərdi”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Foks Nyus” telekanalına müsahibəsində deyib.

O bildirib ki, İranın nüvə silahı əldə etməyi qarşısına məqsəd qoyub:

“Biz onların qarşısını almaq üçün tədbirlər görməsəydik, yəqin ki, 10 il əvvəl bunu bacarardılar. Biz onları yavaşlatdıq, lakin onları tamamilə dayandırmadıq”.