İsrail HƏMAS-la danışıqlara RAZILAŞDI

396222171 295120333476909 1251976098626638747 n 1200

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında israilli girovların azad edilməsinə dair razılaşmanı müzakirə etmək üçün kabinetin iclasını keçirmək niyyətindədir.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

Gendelman əlavə edib ki, İsrail razılaşmanı müzakirə etmək üçün Dohaya danışıqlar qrupu göndərə bilər.

İsrailin Ynet nəşri HƏMAS-la danışıqların sabaha kimi baş tuta biləcəyini yazıb. Portal qeyd edib ki, İsrail Qəzza zolağında atəşkəslə bağlı son təklifə Fələstin hərəkatından cavab alıb.

Bu arada ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika tərəfi Qəzza zolağında atəşkəslə bağlı İsrail hakimiyyəti ilə razılığa gəlib. ABŞ-ın təklifinə İsrail qoşunlarının Fələstin anklavından qismən çıxarılması və HƏMAS-ın əlində olan girovların azad edilməsi müqabilində humanitar yardımın artırılması daxildir.

Xatırladaq ki, Qəzza zolağında döyüşlər 2023-cü ilin oktyabrında bərpa edilib. Bu ilin yanvarında tərəflər iki ay davam edən müvəqqəti atəşkəs barədə razılaşıblar.

Əliyar Xəlil

Globalinfo.az