İran ölkənin cənubunda ABŞ-nin həyata keçirdiyi hava zərbələri nəticəsində səkkiz hərbçinin həlak olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, ölən hərbçilər İran Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətində xidmət ediblər.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə bəyan edib ki, əməliyyat İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hücumlarına cavab olaraq həyata keçirilib. Bildirilir ki, zərbələr zamanı İran ərazisində 80-dən çox hərbi obyekt hədəfə alınıb.
Digər tərəfdən, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hücumlarına cavab olaraq Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini iddia edib.
Tahir Turan
Globalinfo.az