demir shua

İsrail dünya hərb tarixində ilk dəfə olaraq “Or Eitan” (“Dəmir şüa”) lazer hava hücumundan müdafiə sistemindən istifadə edib.

Globalinfo.az Oxu.az-a istinadən bildirir ki, bu barədə “Cursorinfo” informasiya agentliyi məlumat verib.

Qeyd olunub ki, İsrail bu silahdan “Hizbullah”ın rəsmi Təl-əvivə qarşı ikinci cəbhə açmasından sonra istifadə edib.

Xatırladaq ki, İsrail Müdafiə Ordusu (ÇAXAL) “Hizbullah”ın hücumlarına cavab olaraq Livanda genişmiqyaslı cavab əməliyyatına başlayıb.

Paylaş: