netanyahu 1781092551

İsrailin Baş naziri Benyamin Netanyahu Qolan təpələri ilə bağlı ölkəsinin mövqeyinin dəyişməyəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Netanyahu İsrail bayrağının Qolan təpələri üzərində dalğalandığını və bundan sonra da orada qalacağını deyib.

“Bu gün onlar bizimdir, yenidən bizim oldular və həmişə də bizim olacaqlar”, – deyə İsrail hökumətinin başçısı vurğulayıb.

Onun sözləri İsrailin strateji əhəmiyyət daşıyan Qolan təpələri üzərində nəzarətini qorumaq niyyətinin dəyişmədiyini göstərir.

Tahir Turan
Globalinfo.az

Paylaş: