zurabisvili

“ABŞ-la tərəfdaşlığın dayandırılması Gürcüstan hakimiyyətinin siyasətinin faciəvi nəticəsidir”.

Globalinfo.az xəbər verir ki. bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

“ABŞ-Gürcüstan strateji tərəfdaşlığının dayandırılması “Gürcü Arzusu”nun antidemokratik, anti-Qərb, anti-Avropa və anti-Gürcü siyasətinin faciəvi nəticəsidir. Onlar yalnız bir istiqamətə – Rusiyaya doğru irəliləyirlər”, – Zurabişvili vurğulayıb.

Xatırladaq ki, Dövlət Departamenti Gürcüstan hökumətinin Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırmasından sonra ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığa son verdiyini açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: