İŞİD-in yüksək rütbəli komandiri ələ keçirildi

İraqın Kərkük vilayətində keçirilən antiterror əməliyyatı zamanı İŞİD terror təşkilatının yüksək rütbəli komandiri saxlanılıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, İŞİD-in “əcnəbi” adlandırılan batalyonuna rəhbərlik edən Əbu Bahari saxlanılıb.

“Hərtərəfli kəşfiyyat işi və daimi monitorinq sayəsində terrorla mübarizə əməkdaşları Kərkük vilayətində terror qruplaşmasının komandiri Əbu Baharini saxlayıblar”, -məlumatda bildirilir.