İsa Həbibbəyli AMEA-nın prezidenti vəzifəsinə təsdiqləndi

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilib.

Globalinfo.az bildirir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, AMEA-nın dünənki ümumi yığıncağında İ.Həbibbəyli AMEA prezidenti seçilib.