“Ermənistan bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərində iştirak etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Azadlıq Radiosunun erməni xidməti yayıb.
İrəvanın əvvəlcə Novosibirskdə bu ay keçirilən təlimə, daha sonra isə Qırğızıstandakı “Qarşılıqlı Fəaliyyət 2024” təliminə qatılmayacağı bildirilib.
Maraqlıdır ki, Ermənistandan heç bir açıqlama verilməyib. Rəsmi məlumatlar yalnız KTMT-dən yayılıb.
Qeyd edək ki, KTMT Rusiyanın nəzarət etdiyi hərbi alyansdır. Təşkilatda Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan yer alıb.
Əliyar Xəlil
Globalinfo.az