İrəvanın 2 illik planı suya düşdü: Moskva qərarını dəyişir

“Ukraynadakı müharibə və Rusiyanın Qərblə münasibətlərinin dağılması, Moskvanın gündəmində əhəmiyyətli tranformasiyaya gətirib çıxardı”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Bu, Cənubi Qafqazdakı situasiyaya da təsir edib. Təbii olaraq türklər və azərbaycanlılar bu situasiyadan istifadə etməyə çalışıblar. Azərbaycan erməni tərəfinə 2022-ci ildə diplomatik təzyiqi gücləndirəndə hər iki tərəf bəzi faktorları hesablamamışdılar. Erməni tərəfi güman edirdi ki, strateji müttəfiqinin çətinlikləri var, ona görə də kompensasiya yaradacaq mexanizmlər tapmalıdır. Onlar onu Fransa, Hindistan, Qərbdə tapdılar. Lakin qərbləşmə indiki şərtlər çərçivəsində Rusiya tərəfindən əvvəlki kimi qəbul edilmir. İndi Rusiya kiçik əməkdaşlığı belə təhdid kimi xarakterizə edir. Ona görə də indi Ermənistanla münasibətlər indi yeni dövrə, böhran dövrünə girir. Amma böhran yekun deyil, əsas məsələ odur ki, təhlükəli xətti keçməyək” – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az