pasinyan yeni 78 900x506 1

Ermənistan Baş naziri Nikol Paşinyan seçkilərdən əvvəl Ermənistana “kənardan adamlar” gətirir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan deyib.

O xatırladıb ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ermənistana xarici təsirə qarşı mübarizədə kömək istədiyini açıqlayıb:

“Onlar Moldovaya kömək etdikləri kimi Ermənistana da necə kömək edəcəklərini müzakirə edəcəklər. Beləliklə, Nikol Paşinyan parlament seçkilərindən əvvəl ölkəyə kənar qüvvələr – “Avrozona adamlarını” gətirir.

Moldovada olduğu kimi, Ermənistanda da bir sıra partiyaların seçkilərdə iştirakı qadağan ediləcək”.

Qeyd edək ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək.

Kaya Kallas daha əvvəl həmin seçkilər ərəfəsində Rusiyanın dezinformasiya kampaniyasını gücləndirməyə başladığını iddia etmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: