ermeni ordusu uz foto

Ermənistan ordusunun hərbçiləri Yunanıstanda keçirilən “Olimpiya Əməkdaşlıq 24” təlimində iştirak edəcəklər. 

Globalinfo.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekottini bildirib.

O, Yunanıstan, Gürcüstan, Albaniya, Avstriya, Bolqarıstan, Şimali Kipr və İordaniya ilə yanaşı Ermənistanla Fransanın da təlimlərə qatılacağını açıqlayıb.

Qeyd edək ki, Ermənistan KTMT-nin üzvü olmasına baxmayaraq son aylarda təşkilatın heç bir tədbir və təlimlərinə qatılmır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: