teyyare ela 900x601 1

Son 5 ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən bildirilib.

Məlumata görə, bu il dekabrın 11-də beynəlxalq şirkətlərdən birinin sifarişi ilə İrəvandan Bakıya çarter reysi həyata keçirilib. Bu uçuşun ilk olmadığı açıqlanıb.

“2020-ci ildən başlayaraq beynəlxalq nümayəndə heyətlərinin daşınması məqsədi ilə İrəvan və Bakı arasında 66 dövlət reysi həyata keçirilib”, – nazirliyin məlumatında qeyd edilir.

Həmçinin İrəvan-Bakı-İrəvan marşrutu üzrə təyyarələrin iki trayektoriya üzrə uçduğu bildirilib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: