samvel

“Nikol Paşinyanın bəzi addımlarından sonra Qarabağdan Ermənistana köçmüş separatçılar arasında gərginlik artıb”.

Globalinfo.az xəbər verir ki, Ermənistana sığınan separatçılar “lider” Samvel Şahramanyanın təşəbbüsü ilə İrəvanda təcili iclas keçiriblər.

İclasda separatçıların bütün əsas “nümayəndələri” iştirak ediblər. Gündəmdəki məsələ isə Ermənistan xüsusi xidmət orqanlarının separatçıların İrəvandakı binasına zorla girməsi olub.

Görüş haqqında məlumat yayan “Hraparak” iclasın detallarını açıqlamayıb. Bununla belə, qəzet yazır ki, Şahramanyan bütün siyasi liderləri Paşinyana qarşı birlik nümayiş etdirməyə çağırıb, əks təqdirdə isə növbəti hədəfin onlar olacağını söyləyib.

Görüşdə həmçinin Samvel Babayan da iştirak edib. Qəzet yazır ki, Babayan çıxışı zamanı gələcəkdə Ermənistandakı proseslərdə iştirak edəcəyini bildirib. Bunun üçün isə onun “Qarabağ vətəndaşlarının birliyi” şüarından istifadə edəcəyi açıqlanıb.

Qeyd edək ki, Paşinyan administrasiyası Qarabağ separatçılarının sıxışdırılması prosesini sürətləndirib. Belə ki, Şahramanyan dindirilməyə çağırılıb, eləcə də keçmiş qondarma rejimin 3 keçmiş “meri” həbs edilib. Digər separatçılar isə baş verənlər fonunda səssiz qalıblar.

Əliyar Xəlil
Globalinfo.a

Paylaş: