Husilərdən İranın hücumuna reaksiya: “Qanuni hadisədir”

“İranın İsrailə hücumu qanuni hadisədir”.

Globalinfo.az xəbər verir ki, bunu Yəməndəki Husilərin rəsmi nümayəndəsi Məhəmməd Abdel Salyam deyib.

O bildirib ki, İranın hücumu həm də Dəməşqdəki konsulluğa endirilən zərbələrə cavabdır.

“İranın İsrailə hücumu qanuni addımdır və Dəməşqdəki konsulluğa endirilən zərbələrə layiqli cavabdır. Bu, həm də düşmənə cəzasız qalmayacağını göstərən bir addımdır”, – deyə Abdel Salyam vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az