Qarabağdakı keçmiş qondarma rejimin veb saytlarının bağlanması Ermənistandakı separatçılar arasında narazılıq doğurub.
Globalinfo.az xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Sputnik Ermənistan”nın məsələ ilə bağlı sorğusuna cavab verib.
“Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti dövlət orqanlarının rəsmi internet saytlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq işlər həyata keçirir”, – MTX-nin cavabında qeyd olunur.
“Sputnik Ermənistan” xidmətin bir çox sualları cavabsız qoyduğunu yazıb. Məlumata görə, keçmiş oyuncaq rejimin saytları ilə bağlı qərar Bakının tələbinə əsasən verilib. Lakin MTX bu xəbəri nə təsdiq, nə də inkar edib. Hətta sözügedən saytlarda yerləşdirilən materialların aqibətinin necə olacağı da məlum deyil.
Ayşən Mustafa
Globalinfo.az