araz cayi

İran və Ermənistan Araz çayı üzərində ikinci körpünün inşası ilə bağlı razılığa gəlib.

Globalinfo.az xəbər verir ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın Tehrana səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə keçirdiyi görüşdə layihənin detalları müzakirə olunub.

Ermənistan hökumətinin yaydığı məlumata əsasən, tərəflər yeni körpünün iki ölkə arasında nəqliyyat imkanlarını genişləndirəcəyini və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Görüşdə Araz çayı üzərində ikinci körpünün tikintisinin regionda yük və sərnişin daşımalarının həcmini artıracağı, eyni zamanda İran-Ermənistan əlaqələrinin daha da güclənməsinə xidmət edəcəyi vurğulanıb.

Paylaş: