İrəvanın Azadlıq meydanında 50 metrlik qondarma-separatçı “Artsax”ın bayrağı nümayiş etdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, hazırda İrəvanın mərkəzində mitinq keçirilir. Mitinq iştirakçıları separatçıların bayrağını açıblar.
Onlar hakimiyyətdən Qarabağdan qayıdan ermənilərin sosial problemlərinin həllini tələb edir, mübarizənin yeni mərhələsinə başlamaqla hədələyirlər.
Eyni zamanda Ermənistanın və “Artsax”ın qondarma himnləri səsləndirilib, dualar oxunub.
Əliyar Xəlil