İrəvandan Kiprlə bağlı yeni qərar

“Ermənistan 2024-cü ildə Kiprdə diplomatik nümayəndəlik açacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Arart Mirzoyan deyib.

“Biz bu il buna nail olmaq üçün səylərimizi əsirgəməyəcəyik. Paytaxtlarda diplomatik mövcudluq münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək”, – Mirzoyan bildirib.

Kiprin xarici işlər naziri Konstantinos Kombos Kipr məsələsində “sabit mövqeyinə görə” Ermənistana təşəkkür edib.

Ayşən Mustafa
Globalinfo.az