İrəvan hücuma hazırlaşır: Ordumuz tədbir görə bilər – Hərbi ekspert

Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib. Siyahıya hazırda istehsalda olan eynitipli daha 26 hərbi maşın əlavə ediləcək.

Bundan başqa, Fransa Senatı “Sezar” artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin tezliklə öyrənilməsini tövsiyə edib. Bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Fransanın Ermənistanı silahlandırmaq cəhdi Cənubi Qafqazda sülhə və təhülkəsizliyə xidmət etmir:

“Əksinə 30 illik işğal tarixinə malik İrəvanı cəsarətləndirməyə hesablanıb. 50 ədəd “Bastion”la Ermənistanın müharibədəki milyard manatlarla ölçülən itkilərini konpensasiya etmək mümkün deyil.

Ədalət Verdiyev

Rəsmi İrəvanın cəsarətlənməsinin isə yaxın 40 ay ərzində nə ilə nəticələndiyi məlumdur. İki dəfə kapitulyasiya aktı imzalamış Ermənistan silahlanma ilə özünə yeni problemlər yaradacaq. Azərbaycan bu silahlanmanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görə bilər. Birgə bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən, sülh sazişi imzalamaqdan müxtəlif variantlarla yayınan Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirmədən silahlanmaya meyil göstərməsi rəsmi Bakını narahat edir”.

Safura Bənnayeva
Globalinfo.az