İraqın şimalında daha iki terrorçu zərərsizləşdirildi

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində PKK-nın daha iki terrorçusu zərərsizləşdirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“PKK terror təşkilatına qarşı əməliyyatlarımız qətiyyətlə davam edir. İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat bölgəsində müəyyən edilən PKK-nın iki terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – müdafiə qurumu diqqətə çatdırıb.