İraqda zəlzələ oldu: Türkiyədə hiss edildi

İraqda zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.

Zəlzələ Şexan, Nineviya bölgəsində 4,2 bal gücündə yerin 13,17 km dərinliyində qeydə alınıb.

Yeraltı təkanlar Türkiyənin Hakkari vilayətinin Çukurca ilçəsində hiss edilib.

Qeyd edək ki, bundan öncə Yunanıstanda 5,3 maqnitudalı zəlzələ olmuşdu.