İraq neft məhsullarının idxalını tamamilə dayandırır

İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Assem Cihad bildirib.

“2024-cü ildə İraq daha çox yerli istehsala arxalanacaq və bir sıra neft emalı zavodları istehsala başladıqdan sonra neft məhsullarının idxalı tamamilə dayanana qədər onların səviyyəsində azalma olacaq”, – deyə rəsmi bildirib.

İraq yerli bazar çatışmazlığını doldurmaq üçün bəzi neft məhsulları, o cümlədən təkmilləşdirilmiş benzin idxal edir.