63c2daf971bdd63c2daf971bde167371442563c2daf971bdb63c2daf971bdc

İraq İran və Türkiyə ilə sərhəddə daxili qoşunların 6000-dən çox hərbçisini yerləşdirib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə İraqın daxili işlər naziri Əbdül Əmir əl-Şəmmari məlumat verib.

“Biz İraq Kürdüstanında İran və Türkiyə ilə sərhəddə 6000-dən çox hərbçi yerləşdirmişik”, – deyə nazir “Al Hadath” telekanalına müsahibəsində bildirib. “İraqın sərhədləri qırmızı xəttdir və biz onun təhlükəsizliyini təmin etmək üçün heç bir şey dayandırmayacağıq”, – daxili işlər naziri bildirib.

Əl-Şəmmari əlavə edib ki, bu yaxınlarda Suriya ilə sərhəddə 650 km uzunluğunda divar çəkilib və İraq sərhədlərinin bütövlüyünü təmin etmək üçün müasir avadanlıqlar da alınıb.

Paylaş: