ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla münaqişənin ən azı daha bir neçə həftə davam edəcəyi gözlənilir.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə Axios portalı məlumat yayıb.
Məlumata görə, Rubio bu fikirləri ərəb ölkələrinin xarici işlər nazirləri ilə telefon danışıqları zamanı səsləndirib. Onun sözlərinə görə, ABŞ hərbçiləri əsasən İranın raket qurğularına, silah anbarlarına və hərbi zavodlarına zərbələr endirməyə fokuslanıb.
“ABŞ-ın məqsədi rejim dəyişikliyi deyil, lakin biz ölkəni başqa insanların idarə etməsini istəyirik”, — deyə Rubio vurğulayıb.
Dövlət katibi əlavə edib ki, hazırda ABŞ ilə İran hakimiyyəti arasında heç bir dialoq yoxdur və bu mərhələdə danışıqların aparılması hərbi məqsədlərə çatmağa mane ola bilər.
Əliyar Xəlil