ABŞ Prezidenti Donald Tramp CNN və “Nyu York Tayms”(NYT) media orqanlarından narazılıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkə səhifəsində yazıb.
Səbəb isə sözügedən KİV-lərdə yayımlanan ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumları ilə bağlı məlumatlar olub.
“Hər iki media orqanı tarixin ən uğurlu zərbələrindən birini alçaltmaq üçün birləşib. İranın nüvə obyektləri tamamilə məhv edilib!”, – Ağ Ev rəhbəri qeyd edib.
Bundan əvvəl CNN və NYT mənbələrə istinadən məlumat vermişdilər ki, ABŞ-ın İrana zərbələri Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib. “İranın hələ də kiçik, gizli uranı zənginləşdirmə obyektlərinə malik ola biləcəyini düşünülür”, – deyə əlavə olunub.
Ağ Ev isə bu qiymətləndirmələrin yanlış olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az