İranın keçmiş prezident Mahmud Əhmədenejada qarşı sui-qəsd cəhdi baş tutmayıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə 9 və 10-cu hökumətlərin başçısı Mahmud Əhmədenedat və həyat yoldaşı Zəncana səfərə yola düşərkən baş verib.
Məlumata görə, qaydalara əsasən, təhlükəsizlik xidmətinin başçısı adətən avtomobilin qabaq oturacağında oturub. Maşını yoxladıqdan sonra o, Mahud Əhmədenejada başqa avtomobildə oturmasını məsləhət görüb. Kərəc-Qəzvin avtomobil yolunda “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Həmin maşında Əhmədenedat olmayıb. Orada keçmiş prezidenti müşayiət edən bir neçə şəxs olub.
Maşın yoldan çıxaraq üç dəfə aşıb və “Peugeot” avtomobili ilə toqquşub. Onun bir sərnişini yaralanıb.