“Bu ölkələrin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” – Rəisi

Türkiyəni təhdid edən və bölgənin digər ölkələrindəki terror təşkilatları Qərbin dəstəyi ilə mövcuddur.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

“İran region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edir”, – Rəisi qeyd edib.

İ. Rəisi, həmçinin Fələstin məsələsinə toxunaraq, bütün dünyanın İsrailə təzyiq etməli olduğunu vurğulayıb.