shutterstock editorial 1415273714 1400x1050 1

İranın rəsmi dövlət dairələrinə İsrailin mümkün hücumuna hazırlaşmaq barədə xəbərdarlıq edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mouze” Teleqram kanalı məlumat yayıb.

Məlumatda İran Daxili İşlər Nazirliyinin gizli sənədinin yayıldığı bildirilir.

“Yayılan sənəddə hökumət və qeyri-hökumət departamentlərinə İsrailin mümkün hücumuna hazırlaşmaq barədə xəbərdarlıq edilir. Sənəddə qeyd olunur ki, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün kəşfiyyat və hərbi dairələrlə əməkdaşlığa çox böyük önəm verilsin. Eyni zamanda bütün idarələrə ayıq-sayıq və hücuma cavab verməyə hazır olmaq çağırışı edilir”, – deyə məlumatda vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

0693965f a8e1 41ba 9a5d 8388ad0148aa

Paylaş: